Samsunda Azərbaycan zəfəri: Kapoeyraçılarımız 4 qızıl qazandı
Azərbaycan idmançıları Türkiyənin Samsun şəhərində keçirilən kapoeyra üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar.
TodayPress TV xəbər verir ki, milli komandamızın üzvləri yarışda 4 qızıl və 2 gümüş medala sahib olublar.
Kapoeyraçılarımızdan Fərid Səlimov, Şamxal Hüseynov, Raul Hüseynov və Bəhlul Nadirov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Davud Əli və Sübhan Rəhimzadə isə turnirdə gümüş medal qazanıblar.
Namiq HUN
Azərbaycan idmançıları
kapoeyra üzrə beynəlxalq turnir
Türkiyə
Samsun şəhəri
Namiq HUN
Todaypress.tv