"Sabah" doqquz qolla qalib gəldi

"Sabah" doqquz qolla qalib gəldi
17.01.2026 22:30 İdman

Premyer Liqanın təmsilçisi "Sabah" yoxlama oyununda I Liqada çıxış edən "Mingəçevir"lə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə bölgə kollektivinin qapısından Umarali Raxmonaliyev (penaltidən), Kahim Parris və Tellur Mütəllimov keçiriblər.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər