Ronaldu "Əl-Nəsr" klubu ilə müqavilə müddətini uzadacaq
İdman
26.06.2025 05:34
“Qızıl top”un beşqat sahibi, portuqaliyalı futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə tezliklə yeni müqavilə imzalayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Paylaşımda deyilir ki, tərəflər yeni razılaşmanın yekun detallarını müzakirə edirlər. Onlar arasında "1+1" illik razılaşmanın əldə ediləcəyi gözlənilir.
Ronaldunun 40 yaşı var, o, 2023-cü ildən “Əl-Nəsr”də oynayır. Portuqaliyalı 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibi, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Ronaldu rəsmi oyunlarda karyerasında 900 qol həddinə çatan ilk futbolçu olub.
tag: Qızıl Top,Əl-Nəsr,Kriştianu Ronaldu,Portuqaliya, todaypress.tv,