Qalmaqallı qərarlar: hakimlər cəzadan qaça bilmədi

İdman

07.04.2026 09:15

FIFA referisi Əliyar Ağayev və VAR hakimi Cavid Cəlilov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçındakı qərarlarına görə cəzalandırılıblar. 

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki hakimin adı Premyer Liqanın XXVI turunun dünən keçirilən “Qarabağ” - “Karvan-Yevlax” və bugünkü “İmişli” - “Turan Tovuz” matçlarından çıxarılıb.

Daha əvvəl Əliyar Ağayev “Qarabağ” - “Karvan-Yevlax” matçına AVAR hakimi, Cavid Cəlilov isə “İmişli” – “Turan Tovuz” oyununa baş hakim təyin edilmişdi. Onları müvafiq olaraq Tural Qurbanov və Rəvan Həmzəzadə əvəz ediblər.

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Tovuz təmsilçisinin narazı qaldığı və baş hakim Əliyar Ağayevin penalti təyin etmədiyi epizodlarda referinin qərarlarını yanlış adlandıraraq onun səhv qərar verdiyini təsdiqləyib.

Namiq HUN

TodayPress TV

tag: FIFA,Əliyar Ağayev,Cavid Cəlilov,Turan Tovuz,Zirə,Todaypress.tv,