Novak Cokoviç Çempionatda finala çıxa bilmədi
İdman
06.09.2025 15:00
24 qat Böyük Şlem qalibi, 38 yaşlı serb tennisçi Novak Cokoviç 2025-ci il ABŞ Açıq Çempionatının finalına yüksələ bilməyib.
TodayPress TV xəbər verir ki, yarışın yarımfinalında o, dünya ikincisi, ispan tennisçi Karlos Alkarasa 4:6, 6:7 (4:7), 2:6 hesabı ilə məğlub olub.
Beləliklə, 2002-ci ildən bəri ilk dəfə Böyük Üçlükdən (Cokoviç, Rafael Nadala, Rodjer Federer) heç olmasa bir iştirakçı Böyük Şlem turnirinin finalında oynamayacaq. Qeyd edək ki, Nadal və Federer sırasıyla 2024 və 2021-ci illərdə karyeralarını başa vurublar.
Cokoviç isə cari mövsümdə bütün Böyük Şlem turnirlərində yarımfinala qədər irəliləyib. Avstraliya Açıqda alman tennisçi Aleksandr Zverevi ilə oyunda zədəsi səbəbindən mübarizəni dayandırıb, Roland Garros və Uimbldon turnirlərində isə italiyalı Yannick Sinnerə uduzub.
Töhfə Səməd
tag: Böyük Şlem,Novak Cokoviç,ABŞ ,Açıq Çempionat,Todaypress.tv,
 
        
 
                                ![[[Klublararası DÇ:]] “Yuventus”dan iddialı start](/uploads/news/6853a1590df38.webp) 
                                            ![[["Fənərbağça"]] Talişka ilə yollarını ayırır](/uploads/news/68d2c98b226c9.webp) 
                                            ![Can Pyero Qasperini [[“Atalanta”dan]] ayrılır](/uploads/news/68369ccb97018.webp) 
                                            ![Bromell Romada [[tarix yazdı]]](/uploads/news/68440396c0306.webp) 
                                            ![[[U-16 basketbol]] millimiz Qazaxıstana qalib gəldi](/uploads/news/685988dd8f692.webp) 
                                            ![[[MDB Oyunları:]] Azərbaycanlı güllə atıcıları üç medal qazandılar](/uploads/news/68e3caa4e92fb.webp) 
                                            ![[[İlin ən yaxşıları]] mükafatlarına sahib çıxdılar](/uploads/news/68d1d43700e00.webp) 
                                            ![Promesi [[7,5 il həbs]] cəzası gözləyir](/uploads/news/68556a9bbcf2a.webp) 
                                            ![Hyundai [[WRC-də iştirakını]] təsdiqlədi](/uploads/news/688c84bfa015f.webp) 
                                            ![Təmsilçilərimiz Avropa Atıcılıq Çempionatında [[bürünc medal qazandı]]](/uploads/news/688906f1e11ba.webp) 
                                            