Qələbənin sirri rituallardadır? Alkaras danışdı

Qələbənin sirri rituallardadır? Alkaras danışdı
06.04.2026 17:00 İdman

Dünya tennisinin lideri olan Karlos Alkaras turnirlər zamanı xüsusi ritualları ilə bağlı suala cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” nəşri məlumat yayıb. 

İspaniyalı tennisçi bildirib ki, müəyyən vərdişləri var və onları təkrarlamağa çalışır:

“Bəzi şeyləri hər dəfə eyni qaydada etməyi sevirəm. Məsələn, əgər ötən il turniri qazanmışamsa, eyni şkafdan istifadə etməyə çalışıram. Amma bu il həmin şkaf artıq mənə verilməyib”.

Alkaras əlavə edib ki, yarış həftəsi boyunca təkrarladığı müəyyən davranışlar onun üçün önəmlidir.

Qeyd edək ki, Karlos Alkaras bu həftə Monte-Karlo “Masters” turnirində çıxış edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər