Romelu Lukaku bu il oynamayacaq
“Napoli” klubu ciddi itki ilə üzləşib.
TodayPress TV xəbər verir ki, Romelu Lukaku “Olimpiakos"la yoldaşlıq oyununda zədələnib.
Tibbi müayinədən sonra belçikalı forvardın sağlamlıq durumunun yaxşı olmadığı bildirilib. Onun sol bud əzələsində yırtıq aşkarlanıb. Futbolçunun müalicə prosesinin ən azı 3 ay çəkəcəyi və yaşıl meydanlara 2026-cı ilin yanvar ayında qayıdacağı gözlənilir.
Qeyd edək ki, “Napoli” klubunun rəhbərliyi Lukakunun zədələnməsindən sonra hücum xəttini gücləndirmək barədə düşünür.
Namiq HUN