Qol güləşi üzrə Naxçıvan birinciliyi keçirildi
Qol güləşi üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
TodayPress TV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında qol güləşi üzrə muxtar respublika birinciliyi təşkil olunub.
Yarış "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi altında İlham Əliyev adına Olimpiya İdman kompleksində 27 idmançının iştirakı ilə reallaşıb.
Yarışın nəticələrinə əsasən, Polad Allahverdiyev (55 kq), Rəvan Abbaslı (63 kq), Fəzli Əliyev (70 kq), Əli Kərimli (78kq), İsfəndiyar Məhərrəmli (86 kq), Turan Oruclu (95 kq), və Mətin Oruclu (95+kq) qalib olub.
Yarışda fərqlənən idmançılar diplom və medallarla mükafatlandırılıblar.