Qnabri: “Bu matç hər kəsi həyəcanlandırır!”
İdman
06.04.2026 17:12
“Bavariya” klubunun hücumçusu Serj Qnabri “Real Madrid” ilə keçiriləcək UEFA Çempionlar Liqası 1/4 final oyunu öncəsi fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Futbolçu qarşılaşmanın böyük maraq doğurduğunu vurğulayıb:
“Bu matç inanılmaz hisslər yaradır. Futbol dünyasında ən çox müzakirə olunan oyunlardan biridir. Ailəm və dostlarım belə bu qarşılaşmadan danışır”.
Qnabri bu dueli Avropa futbolunun klassikası adlandırıb:
“Bəli, başqa böyük oyunlar da var, amma hazırda bunu klassika adlandırmaq olar. Biz də, onlar da çox yaxşı formadayıq”.
Qeyd edək ki, “Real Madrid” – “Bavariya” qarşılaşması 7 aprel tarixində İspaniyanın paytaxtı Madriddə keçiriləcək.
Namiq HUN
tag: Serj Qnabri,Bavariya,Real Madrid,UEFA ,Todaypress.tv,
