Qələbəyə baxmayaraq Spalletti problemləri gizlətmədi
İdman
07.04.2026 10:41
Luçano Spalletti rəhbərlik etdiyi “Yuventus”un A Seriyasının XXXI turunda “Cenoa” üzərində 2:0 hesablı qələbədən sonra açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
Təcrübəli mütəxəssis A Seriyasında qazandığı 300-cü qələbə ilə bağlı zarafatla danışıb:
“Bu nə deməkdir? Bu o deməkdir ki, mən kifayət qədər yaşlıyam” (gülür).
Spalletti bildirib ki, ikinci hissədə komandanın zəif görünməsi yorğunluqla bağlı deyil:
“Futbolçular yığmalardan qayıtdıqdan sonra istirahət etmişdilər. Yorğunluq yox idi. Sadəcə bəzən komandadan ən yaxşı performansı ala bilmirsən”.
O əlavə edib ki, oyunun iki hissəsi arasında böyük fərqin olması qəbuledilməzdir və bu məsələni tam anlamadığını vurğulayıb.
Baş məşqçi həmçinin qeyd edib ki, futbolda bəzən xırda epizodlar oyunun taleyini həll edir:
“Əgər penalti təyin olunsaydı, matç tam fərqli istiqamətdə inkişaf edə bilərdi”.
Namiq HUN
tag: Luçano Spalletti,Yuventus,Cenoa,A Seriyası,Todaypress.tv,
