“Qəbələ”də yeni dönəm: Kaxaber Tsxadadze komandadan getdi
Gürcüstanlı futbol mütəxəssisi Kaxaber Tsxadadze “Qəbələ” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Kaxaber Tsxadadze 2024-cü ilin fevralından “Qəbələ”yə rəhbərlik edirdi.
Namiq HUN