“Qarabağ” Mançester Siti ilə yolları kəsişən braziliyalını heyətinə qatdı
"Qarabağ" Kiprin APOEL klubundan braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.
TodayPress TV xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, 23 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, "Qarabağ" icarə müddətinin sonunda futbolçunu transfer etmək hüququna malikdir.
Rosa 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunub. O, karyerası ərzində Belçikanın "Lommel", Portuqaliyanın "Vizela", Braziliyanın "Bahia" və "İnter", eləcə də Kiprin APOEL klublarında çıxış edib.
Yarımmüdafiəçi həmçinin Braziliyanın U-16 və U-17 yığmalarının formasını geyinib.