"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub etdi

İdman

06.04.2026 21:20

Premyer Liqanın  XXVI turunda "Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib.

TodayPress TV xəbər verir ki, günün yeganə matçı Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə bitib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda qolları Leandro Andrade (23, 64), Kamilo Duran (31, 45, 48), Dani Bolt (40) və Abdullah Zubir (43) vurublar.

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 55 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.

TodayPress TV

tag: Liqa, Qarabağ, Karvan- Yevlax, Ağdam, todaypress.tv,