Qalmaqal böyüyür: Dimitri Payet zorakılıqda günahlandırılır
Fransa millisinin sabiq ulduzu Dimitri Payet keçmiş sevgilisi tərəfindən zorakılıqda ittiham olunur.
TodayPress TV xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.
İddiaya görə, hadisələr futbolçunun 2023–2025-ci illərdə Braziliyada çıxış etdiyi dövrdə baş verib. Qadın fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib və Braziliya polisinə müraciət edib. Payet bütün ittihamları rədd edir.
Hazırda futbolçu 2025-ci ilin yayında “Vasko da Qama” ilə müqaviləsi başa çatdıqdan sonra klubsuzdur.
Namiq HUN