“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi - FOTO

“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi - FOTO
09.11.2026 09:32 İdman

Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Cevad Prekazi 69 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub əfsanəvi futbolçusunun vəfatı ilə bağlı başsağlığı mətni yayımlayıb.

“Unudulmaz qolları və yaşatdığı sevinclərlə bir nəsli “Qalatasaray” azarkeşinə çevirən Prekazi qəlbimizdə daim yaşayacaq. Səni unutmayacağıq”, – deyə açıqlamada bildirilib.

1957-ci ildə anadan olan Prekazi 1985–1991-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, İstanbul klubu ilə iki dəfə Türkiyə çempionu, bir dəfə ölkə kubokunun və üç dəfə Superkubokun qalibi olub.

TodayPress TV


XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər