“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdi
"Qalatasaray" daha bir futbolçusunu komandada saxlamağı bacarıb.
TodayPress TV xəbər verir ki, klub Davinson Sançezlə razılığa gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, tərəflər sözləşməni yeniləyiblər. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, kolumbiyalı müdafiəçi 2023-cü ildə "Tottenhem"dən "Qalatasaray"a transfer olunub.