Premyer Liqa çempionu indi istefa təhlükəsi ilə üz-üzə
İdman
06.04.2026 13:19
“Liverpul” klubunda “Mançester Siti” ilə oyundakı ağır məğlubiyyətdən (0:4) sonra fövqəladə iclas keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Bildirilib ki, toplantıda baş məşqçi Arne Slotun komandadakı gələcəyi əsas müzakirə mövzusu olub. “Qırmızılar” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, mütəxəssis postunu itirə bilər.
Qeyd edək ki, bu məğlubiyyət “Liverpul” üçün cari mövsümdə 15-ci olub və 2015-ci ildən bəri ən ağır yenilgisi kimi tarixə düşüb. Bu nəticə Slot üzərində ciddi təzyiq formalaşdırıb.
Xatırladaq ki, Arne Slot 2024-cü ildən komandaya rəhbərlik edir və “Liverpul”la Premyer Liqanın 2024/2025 mövsümündə çempionluq qazanıb.
Hazırda “Liverpul” 49 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb və eyni zamanda UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni davam etdirir.
Namiq HUN
tag: Liverpul,Mançester Siti,Arne Slot,Qırmızılar,Todaypress.tv,
