Premyer Liqa: Bu gün hansı komandalar qarşılaşacaq?
Azərbaycan Premyer Liqasında bu gün III turun daha iki qarşılaşması keçiriləcək.
TodayPress TV xəbər verir ki, günün ilk matçında "Kəpəz" və "Turan Tovuz" komandaları üz-üzə gələcəklər.
Gəncə şəhər stadionunda təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.
"Turan Tovuz" 4 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Heç bir xalı olmayan Gəncə klubu isə sonuncu - 12-cidir.
Günün digər qarşılaşmasında isə "Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçın start fiti saat 20:15-də səslənəcək.
Hərəyə 6 xal əldə edən "Neftçi" ilə "Zirə" komandaları müvafiq olaraq 1 və 2-ci pillərdə qərarlaşıblar.
Azərbaycan Premyer Liqası
I dövrə, III tur
30 avqust
18:00. "Kəpəz" – "Turan Tovuz"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu
20:15. "Zirə" – "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.