Olivye Jiru tarixə düşdü
Fransa Liqa 1-in ilk turunda “Brest” - “Lill” (3:3) matçı qonaq komandanın futbolçusu Olivye Jiru üçün əlamətdar olub.
TodayPress TV xəbər verir ki, o, Fransaya qayıtdıqdan sonra ilk qolunu vurub.
38 yaş 321 günlüyündə fərqlənən hücumçu Liqa 1-də “Lill”in tarixində qol vuran ən yaşlı futbolçu adını qazanıb.
Əvvəlki rekord 2022-ci ilin noyabr ayında “Renn”lə oyunda fərqlənən 38 yaş 319 günlük müdafiəçi Joze Fonteyə məxsus olub.
Namiq HUN