Oliveyranın komandası Fizievlə döyüş qərarını açıqladı

İdman

28.08.2025 17:46

Keçmiş UFC çempionu (70 kq) Çarlz Oliveyranın baş məşqçisi Dieqo Lima braziliyalının növbəti rəqib kimi azərbaycanlı Rafael Fizievi seçməsinin səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sherdog” nəşri məlumat yayıb. 

“Reytinqdə mövqe o qədər də önəmli deyil, əsas idmançının çıxışlarıdır. Fiziev güclü döyüşçüdür, nokaut gücünə malikdir. Məncə, o, Çarlzla daha çox stend-ap döyüşündə işləmək istəyəcək. Çarlz isə MMA qaydalarının bütün imkanlarından istifadə etməli və qələbəyə aparan yolu izləməlidir”, – deyə Dieqo Lima deyib.

Braziliyalı döyüşçü bu addımı 3,5 ay əvvəl ispan-gürcü İlia Topuriya ilə döyüşdə nokautla uduzmasına baxmayaraq atıb. Çarlz Oliveyra oktyabrın 11-də qazanacağı parlaq qələbə ilə tənqidçiləri susduracağını deyib:

“Bir çox azarkeşlər Braziliyada keçiriləcək turnirdə Fizievlə döyüş qəbul etməyimi səhv hesab edir. Amma mənim üçün bu, ideal fürsətdir. Vətənimə qayıdıb orada döyüşmək böyük hadisədir. Qələbə və ya məğlubiyyət – bunların önəmi yoxdur, vacib olan bu gündür. Ona görə də tez bir zamanda döyüşmək üçün matçmeykerlərdən qarşılaşma istədim. 11 oktyabrda bütün tənqidçiləri yenidən susduracağam”.

Namiq HUN

tag: Çarlz Oliveyra,Rafael Fiziev,Rəqib,Qərar,Todaypress.tv,