Səudiyyə rəsmisi “Mançester Yunayted” şayiələrinə son qoydu
İdman
10.10.2025 11:05
Türki əl-Şeyx “Mançester Yunayted” klubunun satışına münasibət bildirib: “Mən investor deyiləm və o, mənim ölkəmdən deyil”.
TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanında əyləncə və iri beynəlxalq idman tədbirlərinə cavabdeh olan Baş Əyləncə İdarəsinin rəhbəri Türki əl-Şeyx “Mançester Yunayted” klubunu alacağı barədə yayılan şayiələrə reaksiya verib.
“Mançester Yunayted”in mümkün satışına dair paylaşımım bir şeyi ifadə edirdi: klub yeni investorla danışıqların irəliləyiş mərhələsindədir. Aydınlıq gətirmək istəyirəm ki, mən həmin investor deyiləm və o, mənim ölkəmdən deyil. Mən bunu azarkeş kimi yazdım - istəyərdim ki, bu razılaşma baş tutsun, baxmayaraq ki, bu, reallaşmaya da bilər”, - deyə Türki əl-Şeyx sosial şəbəkələrdə bildirib.
Qeyd edək ki, daha əvvəl mediada “Mançester Yunayted”in sahibi Qleyzer ailəsinin klubdakı payını 5 milyard funt sterlinqdən (təxminən 5,75 milyard avro) yuxarı məbləğə satmağı düşündüyü haqda məlumat yayılmışdı.
Namiq HUN
tag: Türki əl-Şeyx,Mançester Yunayted,Klub,Satış,Todaypress.tv,
