Olimpiya çempionu cinsi müəyyənetmə testindən keçməlidir – World Boxing qərar verdi
İdman
31.05.2025 17:15
Əlcəzairli olimpiya çempionu, boksçu İman Helif, World Boxing təşkilatının yeni qaydaları çərçivəsində cinsi müəyyənetmə testindən keçmədiyi təqdirdə bütün yarışlardan kənarlaşdırılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə World Boxing açıqlama yayıb.
Qərara əsasən, Helifin 5–10 iyun 2025-ci il tarixlərində keçiriləcək Eindhoven Box Cup turnirində qadınlar kateqoriyasında iştirakının mümkünlüyü ilə bağlı yaranan şübhələr fonunda idmançının cinsi müəyyənetmə testindən keçməsi tələb olunub. Təşkilatın açıqlamasında bildirilir:
“May ayında World Boxing-in İcraiyyə Şurası yarış qaydalarında cinsə əsaslanan yeni uyğunluq kriteriyaları tətbiq edib. Bu qaydalar döyüş idman növlərində iştirak edən idmançıların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Əgər idmançının cinsi ilə bağlı federasiya və ya World Boxing tərəfindən şübhələr yaranarsa, o, araşdırma tamamlanana qədər yarışlarda iştirak edə bilməz.”
Qeyd edək ki, qərar İman Helifin və digər iştirakçıların sağlamlığı və təhlükəsizliyini qorumağa yönəlib və testlərin nəticələrinə dair heç bir əvvəlcədən mühakimə ehtiva etmir. Yeni qaydalar “Cins, yaş və çəki” siyasəti çərçivəsində həyata keçiriləcək.
Namiq HUN
tag: İman Helif,Boksçu,Test,Cinsiyyət,Todaypress.tv,