“Nyu-York”un baş məşqçisi: Zəif oynayırıqsa, fitə hazır olmalıyıq
İdman
20.01.2026 09:47
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 2025/2026 mövsümünün müntəzəm çempionatı çərçivəsində “Nyu-York Niks”in baş məşqçisi Mayk Braun komandasının “Dallas Maveriks”ə qarşı keçirdiyi uğursuz oyunu (97:114) barədə danışıb.
TodayPress TV xəbər verir ki, Mayk Braun “Dallas”a məğlubiyyətdən sonra azarkeşlərin narazılığına anlayışla yanaşdığını bildirib:
“Fit səslərinə normal yanaşıram. Əgər biz bərbad oynayırıqsa - fitə basın, bu sizin haqqınızdır. Azarkeşlərin yerində olsaydım, yəqin ki, mən də eyni cür davranardım. Siz biletlərə kifayət qədər pul xərcləyirsiniz və arenaya şou izləməyə gəlirsiniz. Bizim azarkeşlər yaxşı basketbolun nə olduğunu da, pis basketbolun nə olduğunu da yaxşı başa düşürlər”.
Qeyd edək ki, bu məğlubiyyət “Nyu-York” üçün ardıcıl dördüncü olub.
Namiq HUN
tag: ABŞ,Basketbol,NBA,Mayk Braun,Todaypress.tv,
