Norbert Raeder: ÇL-də “Ayntraxt” üstün olacaq, amma sürpriz mümkündür
İdman
21.01.2026 13:58
Almaniyalı idman eksperti Norbert Raeder “Ayntraxt” klubunu “Qarabağ”la UEFA Çempionlar Liqasının Liqa mərhələsi oyununun favoriti sayır.
TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, Norbert Raeder bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə eksklüziv müsahibəsində deyib:
““Qarabağ” Azərbaycanın güclü klublarından biridir. Lakin Çempionlar Liqasında “Ayntraxt” kimi yüksəksəviyyəli və təcrübəli komandaya qarşı oynamaq onlar üçün asan olmayacaq. Frankfurt təmsilçisi beynəlxalq arenada kifayət qədər oyun keçirib. Məncə, bu qarşılaşmada favorit bizim komandadır. Bununla belə, “Qarabağ” sürpriz edə, oyunu gərgin və maraqlı mübarizə şəraitində keçirə bilər. Matçın Bundesliqa klubunun xeyrinə başa çatacağını düşünürəm”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” matçı saat 21:45-də start götürəcək.
Namiq HUN
tag: Norbert Raeder,“Ayntraxt” klubu,“Qarabağ”,UEFA Çempionlar Liqası,Todaypress.tv,
