NBA-da yeni mərhələ: Donçiç zirvəyə bir addım yaxın

İdman

21.01.2026 10:36

“Los-Anceles Leykers”in oyun qurucusu və liderlərindən olan Luka Donçiç ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı çərçivəsində “Denver Naggets”lə (115:107) oyunda tarix yazıb. 

TodayPress TV xəbər verir ki, o, NBA tarixində 30+ xalla tri̇pl-dablarda ikinci olub. 

Matçda Donçiç 36 dəqiqə meydançada olub və 38 xal, 13 ribaund və 10 məhsuldar ötürmə ilə tri̇pl-dabl edib. Basketbolçunun oyunun yekununa görə “plus-minus” göstəricisi “-2” olub.

Bu nəticə ilə Donçiç “Denver”in mərkəz oyunçusu Nikola Yokici geridə qoyaraq NBA tarixində 30 və daha çox xalla tri̇pl-dabl sayına görə ikinci pilləyə yüksəlib. Hazırda sloveniya təmsilçisinin aktivində bu göstərici üzrə 52 oyun var.

Siyahının lideri isə Basketbol Şöhrət Zalının üzvü Oskar Robertsondur. Onun hesabında 30+ xalla 106 tri̇pl-dabl oyunu var.

Namiq HUN

TodayPress TV

tag: Luka Donçiç,Basketbol,Oyun,Klub,Todaypress.tv,