Milli komandamız Moldova üzərində parlaq qələbə qazandı

Milli komandamız Moldova üzərində parlaq qələbə qazandı
06.04.2026 17:58 İdman

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığması ilə qarşılaşıb. 

Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər