MDB Oyunları: səngər stendində bürünc medal qazandıq
Azərbaycan atıcıları III MDB Oyunlarında daha bir medal qazanıblar.
TodayPress TV xəbər verir ki, Mürtəza Novruzlu - Nərmin Cəfərova cütlüyü səngər stendi üzrə qarışıq komanda yarışında üçüncü olub.
Azərbaycan dueti mükafatlar uğrunda mübarizədə Rusiya və Qazaxıstan cütlüyündən geri qalıb.
Qeyd edək ki, daha əvvəl stend atıcısı Cavid Həsənov Qəbələdə təşkil olunan multi-idman oyunlarının gümüş, Daniella Ulanova isə bürünc medalını qazanıb.
Atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.
Namiq HUN