MDB Oyunları: 7 boksçumuz bürünc medalı təmin etdi

MDB Oyunları: 7 boksçumuz bürünc medalı təmin etdi
01.10.2025 09:19 İdman

III MDB Oyunlarının Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan boks yarışlarında növbəti yarımfinalçılar müəyyənləşib. 

TodayPress TV xəbər verir ki, turnirin 1/4 final mərhələsində millimizin daha 4 idmançısı qələbə qazanıb.

Gülər Hüseynova (48 kq) Tacikistan, Qardaş Rəhimov (46 kq) Belarus, Əli Ruşanov (46 kq) Qazaxıstan, Ayxan Həsənov (50 kq) isə Türkmənistan boksçusunu mübarizədən kənarlaşdırıb. 

Yarımfinala yüksələn boksçularımız özləri üçün multi-idman oyunlarının azı bürünc medalını təmin ediblər.

Qeyd edək ki, daha əvvəl boksçularımızdan Aysel Fərəcova (46 kq), Cəmilə Muradlı (54 kq) və Haqverdi Həsənov (63 kq) adını yarımfinala yazdırıb. 

III MDB Oyunlarında boksçu qızların yarımfinal görüşləri oktyabrın 2-də, oğlanlarda isə ertəsi gün olacaq. Boks yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər