MDB Oyunları: 12 karateçimiz qızıl medal uğrunda döyüşəcək
İdman
04.10.2025 11:38
Bu gün III MDB Oyunlarının karate yarışlarında qalib və mükafatçıların adları müəyyənləşəcək.
TodayPress TV xəbər verir ki, Mingəçevirdə keçiriləcək döyüşlərdə 12 karateçimiz Oyunalrın qızıl medalları uğrunda mübarizə aparacaq.
Qadınların turnirində Aysu Əliyeva, Renata Ərəbli (hər ikisi 61 kq), İrina Zaretska, Aysel Qasımova (hər ikisi 68 kq), Fatimə Bədəlova və Ağgül Əsgərova ( hər ikisi +68 kq), kişilər arasında isə Fərid Ağayev, Rəşid Süleymanov (hər ikisi 75 kq), Turqut Həsənov, Fərid Şahbazlı (hər ikisi 84 kq), Asiman Qurbanlı, Vahid Həsənov (hər ikisi +84 kq) həlledici döyüşə çıxacaqlar.
Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kq), Nuran Rzazadə (67 kq) və Roman Heydərov (fərdi kata yarışında) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fərid Savadov (60 kq) və Nəzrin Piriyeva (55 kq) gümüş, İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi fərdi kata yarışlarında) bürünc medallarla kifayətləniblər.
Namiq HUN
tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,
