Mbappe KDÇ-nin qrup mərhələsində meydana çıxmayacaq
İdman
21.06.2025 17:10
“Real Madrid”in ulduz futbolçusu Kilian Mbappenin klublararası dünya çempionatının (KDÇ) qrup mərhələsində oynamaq ehtimalı çox aşağı qiymətləndirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Cadena SER radiostansiyası məlumat yayıb.
Bildirilir ki, Madrid təmsilçisi yeni sağalmış hücumçunun səhhətini riskə atmaq istəmir. Mbappenin kəskin qastroenterit keçirdiyi təsdiqlənib. O, artıq xəstəxanadan çıxıb. “Real” rəhbərliyi futbolçunu yalnız pley-off mərhələsində oynatmaq niyyətindədir. Təbii ki, komanda pley-offa vəsiqə qazana bilsə.
Xatırladaq ki, “Real Madrid”in qrup mərhələsində iki oyunu qalıb. “Kral klubu” iyunun 22-də Meksika “Paçuka”sına, beş gün sonra isə Avstriyanın “Zalsburq” klubuna qarşı oynayacaq. Mbappe ilk turda “Əl-Hilal”la oyunu xəstəlik səbəbindən buraxıb (1:1).
Namiq HUN
tag: Real Madrid,Mbappe,Futbol,Klub,Todaypress.tv,