Luka Modriç qərar verdi
İdman
12.06.2025 11:36
“Real Madrid”də çıxış edən xorvatiyalı ulduz yarımmüdafiəçi Luka Modriç, ABŞ-da keçiriləcək klublararası dünya çempionatından sonra “Milan” klubuna keçidini rəsmiləşdirmək üçün tibbi müayinədən keçəcək.
TodayPress TV xəbər verir ki, bu barədə futbol üzrə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə “X” hesabında məlumat yayıb.
Bildirilir ki, Modriç “Real”la bağlı vəzifəsini tamamlamağa və maksimum diqqəti “kral klubu”na yönəltməyə qərarlıdır:
“Heç bir müqavilə və ya rəsmi addım klublararası dünya çempionatı başa çatmadan atılmayacaq”.
Qeyd edək ki, 39 yaşlı Luka Modriç mundialda son dəfə “Real”ın heyətində çıxış edəcək və daha sonra karyerasını A Seriyasında davam etdirəcək. Onun “Milan” klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir.
Klublararası dünya çempionatı 15 iyun - 13 iyul tarixlərində ABŞ-də keçiriləcək.
Namiq HUN
tag: Luka Modriç ,Real,İdman,Klub,todaypress.tv,