Lukas “Bayer Leverkusen”dən uzaq düşdü

İdman

24.07.2025 13:33

Finlandiya yığmasının uzunmüddətli əsas qapıçısı Lukas Hradeki Fransanın “AS Monaco” klubuna transfer olunmağa yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. 

Romano bildirib ki, 35 yaşlı Hradeki ilə Fransa Liqa 1 təmsilçisi arasında artıq müqavilə şərtləri razılaşdırılıb, hazırda isə “Monaco” və Almaniyanın “Bayer Leverkusen” klubu arasında danışıqlar aparılır.

Qeyd edək ki, “Leverkusen” bu mövsüm qapı xəttini gücləndirmək üçün İngiltərənin “Brentford” klubundan Mark Flekkeni transfer edib. Bu isə Hradekinin əsas heyətdəki mövqeyinin zəifləməsinə səbəb olub.

Xatırladaq ki, “AS Monaco” ötən mövsümü Fransa çempionatının üçüncü pilləsində başa vurub və qarşıdakı mövsümdə UEFA Çempionlar Liqasında iştirak edəcək.

Töhfə Səməd

tag: Finlandiya,Lukas Hradeki ,AS Monaco,Bayer Leverkusen,Todaypress.tv,