“Marsel” klubu futbolçularını cəzalandırdı

“Marsel” klubu futbolçularını cəzalandırdı
19.08.2025 14:14 İdman

Marsel şəhərinin eyniadlı komandası paltardəyişmə otağında yaranan mübahisə səbəbindən belə qərar verib. 

TodayPress TV yerli KİV-lərə istinadən xəbər verir ki, “Marsel” klubunun futbolçuları Adrien Rabyo və Conatan Rou müvəqqəti olaraq əsas heyətdən kənarlaşdırılıblar.

Yarımmüdafiəçilər arasında xoşagəlməz hal Liqa 1-in ilk turunun “Renn”lə oyunundan sonra yaşanıb. 

Klub rəhbərliyi və baş məşqçi Roberto De Zerbi futbolçuları qeyri-müəyyən müddətə məşqlərdən uzaqlaşdırıb.

Qeyd edək ki, Renn qarşılaşması “Marsel”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər