Luka Donçiç “Leykers”də tarix yazdı

İdman

22.10.2025 10:02

Sloveniyalı basketbolçu Luka Donçiç “Los-Anceles Leykers” klubunun heyətində ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 2025/2026 mövsümünün açılış oyununda tarixi nəticə göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə StatMuse portalı məlumat yayıb. 

“Leykers” ilk turda evdə “Qolden Steyt Uorriors”u qəbul edib və görüş 109:119 hesabı ilə qonaqların xeyrinə başa çatıb. 

Donçiç bu görüşdə 43 xal toplayaraq “Leykers”in ən məhsuldar oyunçusu olub. O, klub tarixində mövsümün açılış oyununda 40 və daha çox xal qazanan  üçüncü basketbolçu ünvanına sahib çıxıb. Buna qədər bu nailiyyətə yalnız “Leykers” əfsanələri Kobi Brayant və Elcin Beylor imza atıblar.

Xatırladaq ki, NBA-nın 80-ci mövsümünün son oyunu aprelin 13-də keçiriləcək, pley-off mərhələsinin final seriyası isə iyunun 5-də start götürəcək.

Namiq HUN

TodayPress TV 

tag: Sloveniya,Luka,Klub,ABŞ,Todaypress.tv,