İngiltərə klubu baş məşqçisi ilə yollarını ayırdı
İdman
09.09.2025 09:59
“Nottingem Forest” futbol klubu baş məşqçisi Nunu Eşpiritu Santu ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baxmayaraq ki, klub iyun ayında onunla müqaviləni 2028-ci ilə qədər uzatmışdı.
Rəsmi açıqlamada bildirilir:
“Futbol klubu “Nottingham Forest” təsdiqləyir ki, son hadisələrlə bağlı Nunu Eşpiritu Santu baş məşqçi vəzifəsindən azad edilib. Klub Nunuya “City Ground”da çox uğurlu dövrə verdiyi töhfəyə görə təşəkkür edir. Xüsusilə 2024/2025 mövsümündə əldə olunan uğurlar hər zaman klubun tarixində xoş xatirələrlə qalacaq. O, komandanın son mövsümdə qazandığı nailiyyətlərdə mühüm rol oynayıb və hər zaman klub tarixində xüsusi yer tutacaq.”
Qeyd edək ki, Uest-Bricford təmsilçisi 3 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, son mövsümdə “meşəçilər” Nunu Eşpiritu Santunun rəhbərliyi altında çempionatı 7-ci sırada bitirərək UEFA Avropa Liqasına vəsiqə qazanıblar.
Namiq HUN
tag: Nunu Eşpiritu Santu,Nottingem Forest,Müqavilə,Son,Todaypress.tv,