Londonda həyəcan: Arsenal itkilərlə meydana çıxır
İngiltərənin “Arsenal” klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Portuqaliyada “Sportinq” ilə keçirəcəyi ilk oyuna ciddi itkilərlə çıxacaq.
TodayPress TV xəbər verir ki, müdafiəçi C.Timber və hücumçu B.Saka zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.
Bu barədə London təmsilçisinin baş məşqçisi Mikel Arteta açıqlama verib. O bildirib ki, əsas heyətin digər üzvləri – Qabriel Jezus, Deklan Rays və Leandro Trossard oyuna hazırdır.
Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Namiq HUN