“Liverpul” böhrandadır? Slot həqiqəti gizlətmədi!

İdman

06.04.2026 11:09

“Liverpul” klubunun baş məşqçisi Arne Slot komandasının cari mövsüm əsas problemini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Mütəxəssis bildirib ki, “qırmızılar”ın ən böyük çatışmazlığı qol epizodlarını reallaşdıra bilməməsidir:

“Əsas problemimiz mövsüm boyu yaratdığımız imkanları qola çevirə bilməməyimizdir”.

Qeyd edək ki, “Liverpul” İngiltərə Kubokunun 1/4 finalında “Mançester Siti”  klubuna 0:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. 

Slot əlavə edib ki, ilk qoldan sonra oyunun axarı dəyişib və fasiləyə 0:2 hesabı ilə geridə yollanmaq komandaya mənfi təsir göstərib.

Namiq HUN

TodayPress TV

tag: Liverpul,Arne Slot,Komanda,Problem,Todaypress.tv,