Liderlər dəyişmir: Çövkən Liqasında zirvə mübarizəsi qızışır!
İdman
06.04.2026 12:16
Peşəkar Çövkən Liqasında III tura yekun vurulub.
TodayPress TV Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşmasında ilk 2 oyunda qalib gəlmiş “Embawood” və “Sərhədçi” komandaları görüşüblər.
Matç sərhədçilərin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyununda “Buta Qolden” “Şamaxı”nın qapısından 5 cavabsız top keçirib.
Qeyd edək ki, daha əvvəl keçirilmiş oyunlarda “Zəfər” “Xəzər”i 7-0, “Polad” isə “Omar”ı 3-0 hesabı ilə məğlub edib. “Elit”lə oyuna çıxmadığı üçün “Atilla” klubuna 0-6 hesablı texniki məğlubiyyət verilib.
3 turdan sonra “Polad”, “Sərhədçi” və “Elit” komandaları 9 xalla turnir cədvəlinə başçılıq edirlər. Daha 3 komandanın aktivində 6 xal var.
Bombardirlərin siyahısına “Polad” klubundan Şəfayət Budaqov başçılıq edir. Onun aktivində 9 qol var. Lideri 8 qolla komanda yoldaşı Samir Pirimov izləyir.
Namiq HUN
tag: Peşəkar Çövkən Liqası,Atçılıq Federasiyası,Embawood,Sərhədçi,Todaypress.tv,
