Kloppdan gözlənilməz qərar: Məşqçi skamyasına dönüş yoxdur
İdman
20.01.2026 09:27
Yurgen Klopp gələcəyi ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb.
“Liverpul” klubunun sabiq baş məşqçisi Yurgen Klopp yaxın zamanda məşqçi fəaliyyətinə qayıtmaq niyyətində olmadığını bildirib:
“Başa düşürəm ki, bir futbol komandasını çalışdırmaq qabiliyyətinə malikəm, lakin bu, həyatımın sonuna qədər bunu etməli olduğum anlamına gəlmir. Özümü tamamilə yeni bir sahədə sınamaq istədim.
Red Bull şirkəti mənə uyğun rol tapmaq imkanı təklif etdi və biz bu vəzifəni mərhələli şəkildə birlikdə formalaşdırdıq. Hazırda özümü tam rahat hiss edirəm. Olduğum yer məni qane edir. Başqa yerdə olmaq istəyi duymuram. Əvvəllər tanımadığım çoxlu insanlarla tanış oldum, çoxsaylı işgüzar görüşlərdə iştirak etdim və daha əvvəl eşitmədiyim terminləri öyrəndim.
Bu, həqiqətən də çox yaxşı bir dövr oldu. Bir il ərzində beş ilə bərabər təcrübə qazandım”.
Hazırda Yurgen Klopp Red Bull strukturunda qlobal futbol istiqamətinin rəhbəri vəzifəsini tutur.
Namiq HUN
tag: Yurgen Klopp,Liverpul,Komanda,Red Bull,Todaypress.tv,
