Kerri ailəsinin böyük günü – tarix yazıldı!
İdman
06.04.2026 15:22
Kerri qardaşları ilk dəfə eyni komandada rəsmi NBA oyununda meydana çıxıb.
TodayPress TV “Clutch Points” saytına istinadən xəbər verir ki, bu arzu “Qolden Steyt Uorriorz” – “Hyuston Rokets” görüşündə kerçəkləşib.
“Qolden Steyt Uorriorz”un lideri Stefen Karri karyerasında ilk dəfə qardaşı Set Karri ilə eyni komandada meydanda top oynadıblar.
“Hyuston Rokets”in 117:116 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra Stefen Karri emosiyalarını bölüşüb:
“Bu, xüsusi an idi… belə bir şeyi yaşamaq… açığı, bu, gerçəkləşən arzu idi”.
Qeyd edək ki, qardaşlar bundan əvvəl heç vaxt NBA-da eyni komandada çıxış etməyib. Set Karri 2025-ci ilin dekabrından “Uorriorz”un formasını geyinir.
Qeyd edək ki, oyunda Stefen Karri 29 xal toplayaraq 27 oyunluq zədə fasiləsindən uğurla qayıdıb. Set Karri isə 15 dəqiqə meydanda olaraq 6 xal ilə yadda qalıb.
Namiq HUN
tag: NBA ,Stefen Karri,Set Karri,basketbol,Todaypress.tv,
