“Karvan-Yevlax” Həşimovla vidalaşdı: bütün öhdəliklər tamamlandı

İdman

19.01.2026 17:07

“Karvan-Yevlax” klubu sabiq baş məşqçisi Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib.

TodayPress TV Report.az-a istinadən xəbər verir ki, “Karvan-Yevlax” klubu sabiq baş məşqçisi Azər Həşimovla bağlı bütün öhdəliklərini yerinə yetirib.

Bildirilib ki, son aylarda klubla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər razılığa gələ bilməmişdi.

Rəsmi açıqlamada deyilir:

“Aparılan müzakirələrin yekununda qarşılıqlı anlaşma əsasında kompensasiya məbləği ödənilib və müqaviləyə xitam verilib. Eyni zamanda, baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə anlaşma əldə olunub. Klub olaraq bütün öhdəlikləri yerinə yetirmişik.”

Qeyd edək ki, “Karvan-Yevlax” ötən ilin noyabrında Azər Həşimovla yollarını ayırmışdı.

Namiq HUN

TodayPress TV

tag: Karvan-Yevlax,Klub,Azər Həşimov,Baş məşqçi,Todaypress.tv,