Karlos Alkaras tarix yazdı
İspaniyalı raketka ustası “Masters” turnirlərində səkkiz dəfə qalib gələn ikinci ən gənc tennisçi olub.
TodayPress TV xəbər verir ki, dünya reytinqinin ikinci nömrəsi bu göstəriciyə ABŞ-nin Ohayo ştatının Sinsinnati şəhərində təşkil olunan turnirin finalında italiyalı Yannik Sinnerə qalib gəlməklə nail olub.
O, 22 yaş 3 aylığında ikən 8-ci dəfə bu seriya tituluna sahib olub. Alkaras tarixdə “Masters” turnirlərində səkkiz dəfə qalib gələn ikinci ən gənc tennisçidir.
Rekord isə digər ispan ulduzu Rafael Nadala məxsusdur. O, 2007-ci ildə Monte-Karloda “Masters” seriyasında 8-ci titulunu qazanarkən cəmi 20 yaş 10 aylıq olub.
Namiq HUN