Juninyo “Flamenqo”dan ayrılır?
“Qarabağ” klubunun sabiq futbolçusu Juninyonun ilin əvvəlində transfer olunduğu “Flamenqo”dan ayrılacağı bildirilir.
TodayPress TV Braziliya mətbuatına istinadən xəbər verir ki, hücumçu avqust ayının sonuna qədər Rio təmsilçisi ilə yollarını ayıra bilər.
28 yaşlı futbolçu baş məşqçi Felipe Luisin gözləntilərini doğrultmayıb.
Hazırda Juninyo Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir. 5 milyon avroya “Qarabağ”dan transfer edilən forvardın icarəyə veriləcəyi iddia olunur.
Namiq HUN