"Jirona" Lemarı icarəyə götürdü

"Jirona" Lemarı icarəyə götürdü
31.07.2025 14:30 İdman

Fransalı yarımmüdafiəçi Toma Lemar karyerasını İspaniyanın "Jirona" klubunda davam etdirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.

29 yaşlı futbolçu "Atletiko Madrid"dən 2026-cı ilin yayına qədər icarəyə götürülüb.

Qeyd edək ki, 2024/25 mövsümündə Lemar bütün turnirlərdə cəmi 8 oyunda meydana çıxıb və məhsuldarlıq baxımından fərqlənməyib. Futbolçu mövsümün bir hissəsini əzələ zədəsi səbəbindən buraxıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər