İnfantinoya ağır zərbə: Platini FİFA prezidentini sərt tənqid etdi

İnfantinoya ağır zərbə: Platini FİFA prezidentini sərt tənqid etdi
31.08.2026 10:04 İdman

UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA prezidenti Canni İnfantinonu sərt tənqid edib və onu tutduğu vəzifədən istefa verməyə çağırıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “RMC Sport”a açıqlamasında deyib.

Platininin sözlərinə görə, İnfantino futbol qaydalarına əməl olunmasına nəzarət edən şəxs kimi öz vəzifəsinin öhdəsindən gələ bilməyib.

“İqtisadi məsələlər başqa şeydir. Amma düşünürəm ki, İnfantino uğursuzluğa düçar olub, çünki o, oyunun qaydalarının təminatçısıdır və özü həmin qaydalara əməl etməyib. 2026-cı il dünya çempionatı zamanı reklam fasilələri (məcburi su fasilələri – red.) reqlamentdə nəzərdə tutulmayıb. Finalda 30 dəqiqəlik fasilə də qaydalarda yoxdur. Qırmızı vərəqə məsələsi isə ən pis hadisə idi.

O, qaydaların təminatçısıdır, amma özü onlara əməl etmir. O, istefa verməlidir”, – deyə Platini bildirib.

Qeyd edək ki, bundan əvvəl FIFA rəhbərinin dünya çempionatlarının keçirilməsi üçün özəl investisiyaların cəlb edilməsi ilə bağlı planı UEFA, Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) və Asiya Futbol Konfederasiyasının (AFC) narazılığına səbəb olub.

Həmçinin UEFA-nın dünya çempionatlarının yayım və digər hüquqlarının bir hissəsinin özəl investorlara verilməsi təşəbbüsü ilə əlaqədar İnfantinoya qarşı hüquqi proses başlatmağa hazırlaşdığı barədə məlumat yayılıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər