İki sərbəst güləşçimiz dünya çempionatında bürünc medal qazandı

İki sərbəst güləşçimiz dünya çempionatında bürünc medal qazandı
19.08.2025 00:17 İdman
Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

TodayPress TV-nin məlumatına görə, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.

Nurlan Ağazadə (70 kiloqram) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.

Yusif Dursunov (125 kiloqram) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbə ilə qələbə qazanıb.
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər