İki əfsanə, iki fərqli üslub - Karvahaldan müqayisə

İki əfsanə, iki fərqli üslub - Karvahaldan müqayisə
20.01.2026 16:43 İdman

“Real Madrid”in ispaniyalı müdafiəçisi Dani Karvahal Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu ilə “İnter Mayami”nin forvardı Lionel Messi arasındakı fərqdən danışıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Barca Worldwide" "X" sosial şəbəkəsində məlumat yayıb. 

“Messi çoxlu qol imkanları yaradan futbolçudur. O, meydanı əla görür, topa mükəmməl nəzarət edir və yüksək səviyyəli ötürmələr verir. Lionel boş zonaları tapmağı bacarır. Ronaldunun üstün cəhəti isə sürətlə cərimə meydançasına daxil olmasıdır”, - deyə Karvahal bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər