İbrahimoviç: “İbra hələ də tanrıdır”
İdman
10.10.2025 14:22
İsveç millisinin sabiq hücumçusu, hazırda “Milan” klubunun baş məsləhətçisi olan Zlatan İbrahimoviç bildirib ki, komandanın uğuru üçün əlindən gələni edir.
TodayPress TV xəbər verir ki, bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.
“Milan”ın çempionluğuna inanırammı? Bəli, hamımız buna inanmalıyıq. Amma bu, prosesdir, komanda işidir.
-Bağışlayın, biz artıq İbranı tanrı hesab etmirik?
- Gözləyin. İbra hələ də tanrıdır. Əgər mən meydanda olsaydım, bütün suallara cavabım olardı. Amma tribunada olduğum üçün komandaya kömək edə bilməmək məni narahat edir. Artıq şəxsi məqsədlərim yoxdur. Etdiyim hər şey ‘Milan’ üçündür. Və yenidən qələbələr üçün,” - deyə İbrahimoviç bildirib.
Qeyd edək ki, hazırda “Milan” A Seriyasında 13 xalla üçüncü pillədə qərarlaşıb.
Namiq HUN
tag: Zlatan İbrahimoviç,Milan,Klub,Komanda,Todaypress.tv,
