Güləşçimiz dünya çempionatında finala yüksəldi

Güləşçimiz dünya çempionatında finala yüksəldi
01.08.2025 22:15 İdman

Azərbaycan güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

TodayPress TV xəbər verir ki, Hüseyn İsmayılov (65 kq) mundialın həlledici mərhələsinə adlayıb.

O, əvvəlcə kanadalı Liam Qortonu üstələyib – 4:2.

Gəncə güləş məktəbinin yetirməsi 1/8 finalda yunanıstanlı Konstantinos Mixailidisə heç bir şans tanımayıb – 11:0. İsmayılov daha sonra qırğızıstanlı Adisbek Altınbekovu çətinliklə də olsa, yolundan kənarlaşdırıb – 2:1. Hüseyn yarımfinalda isə qazaxıstanlı Yerali Askerbekdən güclü olub – 3:1. Milli üzvü sabah finalda amerikalı Arseni Kikinyovla güləşəcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər