Gözlənilməz qərar: “Dubay” ev oyunlarını köçürdü!

İdman

06.04.2026 16:52

Birləşmiş Ərəb Əmirliklərinin “Dubay” basketbol klubu Avroliqa və Adriatik liqasındakı (ABA Liqa) yaxın ev oyunlarını Sarayevo şəhərinə köçürüb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qərara əsasən, komanda oyunlarını “Zetra Arena”da keçirəcək. Köçürülən matçlar bunlardır:

Avroliqa, 37-ci tur: “Duba Basketball” – “Anadolu Efes” (10 aprel) 

ABA Liqası, Top 8, 7-ci tur: “Dubay Basketbol” –“Buduçnost” (13 aprel)

Bildirilir ki, qərar Avroliqa rəhbərliyi ilə birgə qəbul olunub və Sarayevo BƏƏ təmsilçisinin müvəqqəti ev arenası olacaq. Klub BƏƏ-dəki vəziyyəti izləməyə davam edir.

Qeyd edək ki, cari Avroliqa mövsümündə “Dubay Basketbol” 18 qələbə və 17 məğlubiyyətlə 12-ci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

tag: BƏƏ,Dubay,ABA Liqa,Sarayevo ,Todaypress.tv,